Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ağır xəstə son arzusunu yerinə yetirdi: Çimərlikdə evləndi

Tarix: 17-05-2022 10:39     Baxış: 4230 A- / A+


Ağır xəstə son arzusunu yerinə yetirdi:  Çimərlikdə evləndi

Sağalmaz xəstə olan amerikalı son arzusunu yerinə yetirib və sevgilisi ilə çimərlikdə evlənib.
Manevr.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, 27 yaşlı Hanter Knisli uşaqlıqdan bəri bədənin əzələlərini zəiflədən və onları getdikcə daraldan genetik degenerativ xəstəlik olan Bekker əzələ distrofiyasından əziyyət çəkir. Aprelin əvvəlində exokardioqramma onun ürək çatışmazlığının son mərhələsində olduğunu göstərib. Həkimlər kişiyə cəmi bir neçə həftə ömrünün qaldığını bildiriblər.
Knislinin son arzusu ortaq bir oğlu olan sevgilisi ilə evlənmək olub. O, həyat yoldaşının Ohayo ştatında eyni xəstəxanada doğulduğunu, eyni məktəbdə oxuduqlarını, hətta sosial sığorta nömrələrinin cəmi bir rəqəmlə fərqləndiyini deyib.
Cütlük aprelin 14-də məhkəmə binasında rəsmi nikah mərasimi keçirib. Sonra kişinin müalicə aldığı xəstəxana və toy təşkilatçılarınım köməyi ilə onlar aprelin 21-də çimərlikdə mərasim keçirə biliblər. Hanterin dediyinə görə, onun hər zaman istədiyi bu olub.
Toydan sonra kişinin vəziyyəti bir qədər yaxşılaşıb və həkimlərin ilkin düşündüyündən daha çox vaxtı ola bilər. O, bu vaxtı ailəsi, həyat yoldaşı ilə keçirir, uşaqları ilə oynayır.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar