Xəbər lenti
Ukrayna ordusu Rusiya sərhədində - Planı baş tutmayan ruslar geri çəkildilər

Manevr.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
İddiaya görə, Rusiyanın hərbi komandanlığı Donetsk vilayətinin şərq hissəsindəki quru xətlərini ələ keçirməyə cəhd etməklə, gələcəkdə Severodonetsk uğrunda döyüşə üstünlük verəcək.
Bildirilib ki, rus qüvvələri Severodonetski şimal və cənubdan ələ keçirmək üçün cəhdlərini davam etdirir. Bu, Ukrayna qoşunlarının əvvəlcə düşünüldüyündən daha kiçik mühasirəyə alınmasına gətirib çıxara bilər.
Xarkov vilayətində Rusiya sərhədinə çatan Ukrayna Silahlı Qüvvələrinin artıq rus ordusuna qarşı müdafiəyə keçdiyi deyilib. Ruslar isə şərq əməliyyat zonasında hücumlarını davam etdirirlər. Həmçinin rus ordusu Avdeyevka istiqamətində xeyli itki verərək əvvəlki mövqelərinə çəkilib.
Məlumata görə, Rusiya qüvvələrinin əsas səyləri Donetsk istiqamətinə yönəlib./Teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar