Xəbər lenti
Putin ağır xəstədir – Britaniyanın keçmiş kəşfiyyatçısı
Rusiya prezidenti Vladimir Putin ağır xəstədir. Lakin onun xəstəliyinin dəqiq nə olduğu bəlli deyil.
Xarici media bildirir ki, bu barədə 2006-2009-cu illərdə MI6 məxfi kəşfiyyat xidmətində Rusiya departamentinə rəhbərlik edən keçmiş Britaniya kəşfiyyatçısı Kristofer Stil açıqlama verib.
“Bunun hansı xəstəlik olduğu tam aydın deyil - sağalmaz, ölümcül və ya buna bənzər bir şeydir”, - Stil qeyd edib.
Onun şərhləri ukraynalı general-mayor Kirill Budanovun da Rusiya liderinin xərçəng xəstəliyindən ağır xəstə olduğunu və onun vəzifədən uzaqlaşdırılması üçün Rusiyada çevriliş hazırlandığını deməsindən sonra ortaya çıxıb.
Stil qeyd edib ki, Putinin səhhətində ciddi problemlər olsa belə, ona təsir etmək hələ də çətindir.
“Mən hələ də düşünürəm ki, ona bunun fəlakətli müharibə olduğunu söyləyənlər var, xüsusən də Rusiya iqtisadiyyatına pis təsir edəcək və biz yalnız ümid edə bilərik ki, bu, bir növ siyasət dəyişikliyinə və ya hətta rejim dəyişikliyinə gətirib çıxaracaq. Lakin bu, əlbəttə ki, belə olmaya bilər”, - keçmiş Britaniya kəşfiyyatçısı vurğulayıb.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar