Xəbər lenti
Bakirəlik alqı-satqı biznesinə çevrildi – 2 milyon 300 min avro…
Bir yeniyetmə qız bakirəliyini Honq Konq biznesmeninə 2 milyon 300 min avroya satıb.
Manevr.az BBC-yə istinadən xəbər verir ki, 18 yaşlı Alexandra Kefren hələ ötən noyabrda Britaniya telekanallarından birinə bakirəliyini çox baha qiymətə satmaq niyyətində olduğunu deyib.
İndi isə adının çəkilməsini istəməyən milyonçu müştəri düşüb.
Alexandra bu sövdələşməni Almaniyada yerləşən “Cinderella Escorts” şirkəti vasitəsilə həyata keçirib. Bu ziddiyyətli şirkətin biznesi elə qızların bakirəliyinin alqı-satqısını təşkil etməkdir.
Əslən Rumıniyadan olan Alexandra Britaniya televiziyasına müsahibəsində deyib ki, bu ideya onun başına ilk dəfə 15 yaşında olarkən “Ədəbsiz təklif” filminə baxdıqdan sonra gəlib.
“The Mirror” yazır ki, qız bu fikirlərini səsləndirməklə o vaxt televiziya tamaşaçılarını şoka salıb.
“Onda 15 yaşım vardı və düşündüm ki, mən də bəkarətimi sata bilərəm. İnternetdə axtarış aparıb görmüşdüm ki, bəzi qızlar özlərini 3, 5 milyon avroya və hətta daha baha qiymətə satırlar. Mən çox yoxsul ölkədə yaşayıram və valideynlərimə ev almaqda kömək etməliyəm” – deyə qız bildirib.
Cinderella Escorts şirkəti Almaniyanın Dortmund şəhərində yerləşir. Şirkətin qurucusu 26 yaşlı Jan Zakobielskidir.
O özünün ziddiyyətli biznesini müdafiə edərək bildirib ki, heç kim bu cavan qızları nəyə isə məcbur etmir. “Ağılları da var, seks barədə şəxsi rəyləri də”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar