Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Son sutkada Rusiyanın 1 helikopteri və 5 PUA-sı məhv edilib - Ukrayna Baş Qərargahı

Tarix: 13-05-2022 10:01     Baxış: 4222 A- / A+




"Moldovanın Dnestryanı bölgəsində gərginlik davam edir. Volın və Polissya ərazilərində aktiv hərəkət yoxdur. Belarus Silahlı Qüvvələri əsas səylərini Brest və Qomel vilayətlərində dövlət sərhədinin mühafizəsinə yönəldib".
Manevr.az "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Severski istiqamətində Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsinin gücləndirilməsi tədbirləri davam etdirilir: "Əsas səylər Vesele qəsəbəsi ərazisində qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldilib. Donetsk istiqamətində isə əsas səylər Rubijne qəsəbəsində tam nəzarəti bərpa etməyə istiqamətlənib. Düşmən şəhərə tam nəzarət etmək və ukraynalı müdafiəçilərin müqavimətini qırmaq üçün strateji aviasiyadan istifadə edir. Qarşı tərəfin hava kəşfiyyatı davam edir. Kuraxiv istiqamətində düşmən Marinka qəsəbəsi istiqamətində hücum əməliyyatları keçirib".
Rəsmi informasiyaya əsasən, son sutka ərzində Rusiya qoşunlarının 7 hava hədəfi vurulub. Onlaran 5-i PUA, 1-i Ka-52 helikopteri, 1-i isə qanadlı raketdir. Təkcə Donetsk və Luqansk istiqamətlərində Ukrayna müdafiəçiləri düşmənin 18 hücumunun qarşısını alıb. Həmçinin 13 tank, 8 artilleriya sistemi, 27 zirehli döyüş maşını, 2 xüsusi mühəndis texnikası və 5 texnika məhv edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar