Xəbər lenti
“Facebook” Suriya televiziyasının hesabını bağladı – Rusiyaya dəstək verdiyi üçün
"Facebook” Suriya Radio və Televiziya Korporasiyasının hesabını bağlayıb.
Manevr.az xəbər verir ki, yerli media mənbələri agentliyin hesabının bağlanmasına səbəb kimi Rusiya qüvvələrinin 9 Mayda Suriyada qeyd etdiyi Qələbə Günü münasibətilə ərəb və rus dillərində "al-Macd Li Russia” mahnısının yayımlanması olduğunu iddia edib.
Klip Rusiya prezidenti Putinin televiziya açıqlamaları ilə başlayır:
"Əgər kimsə Rusiyanı məhv etmək qərarına gəlsə, bu, bəşəriyyət üçün fəlakət olacaq. Hər halda bir Rusiya vətəndaşı kimi sual vermək istərdim ki, Rusiyasız belə bir dünya bizə nəyə lazımdır?”.
"Al-Macd Li Russia”nın sözləri Mudar Şala tərəfindən yazılıb. Mahnıda Ukraynaya qarşı müharibədə Rusiya ordusunun gücünün nümayiş etdirilməsi və Rusiya tərəfindən müharibəyə qoşulmağa təşviq edilmək yer alır.
Bu mahnı ötən ilin aprelində "YouTube”da yayımlanıb. Maraqlıdır ki, mahnı dünən Radio Televiziya Korporasiyasının rəsmi "Facebook” hesabından silindikdən sonra sayt administratorları tərəfindən "YouTube”dan da silinib. Digər tərəfdən, mahnı Suriyadakı hakim Baas Partiyasının sözçüsü olan "Facebook”un "əl-Baath Media" səhifəsində aktiv olaraq qalıb.
Rəsmi Suriya mediası Ukrayna hadisələri ilə bağlı yayımlarında Rusiyanın ritorikasını Rusiyanın müttəfiqi olan Suriya rejiminin baxışının ifadəsi kimi qəbul edir./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar