Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ kəşfiyyatı bu məlumatların Kiyevə ötürülməsini QADAĞAN ETDİ

Tarix: 12-05-2022 10:53     Baxış: 3212 A- / A+
Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi üçün yeni təlimatlar hazırlayıb.
Manevr.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bu qərarı ABŞ Rusiya ilə gərginliyin artmasının qarşısını almaq üçün verib. Kəşfiyyatçılar üçün Daxili Təlimat müvafiq məlumat növlərinə iki qadağa qoyur. Qadağanın kateqoriyalarından biri kəşfiyyat məlumatlarının paylaşılmasıdır. Bu, Ukraynanın sərhədləri xaricində Rusiya obyektlərinə hücum etməyə kömək edəcək istənilən məlumata şamil edilir.
Qadağanın məqsədi ABŞ-ı Ukraynanın Rusiya daxilində həyata keçirə biləcəyi mümkün hücumlarda iştirakdan saxlamaqdır.
Hazırda Kiyev və Vaşinqton arasında kəşfiyyat üzrə əməkdaşlığa Ukraynanın “real vaxt rejimində” aldığı rus qoşunlarının yeri və hərəkəti haqqında məlumatlar, peyk şəkilləri və ABŞ-dakı məxfi Amerika mənbələrindən toplanmış hesabatlar daxildir.
Bundan əlavə, ABŞ artıq Ukraynaya Rusiyanın ali hərbi rəhbərliyinin üzvlərini, o cümlədən Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunu vurmaq üçün kömək edəcək ətraflı məlumat verə bilməyəcək.
Sözügedən qadağa rus generallarına şamil edilmir. Lakin ABŞ-ın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Amerika hökuməti onların Ukraynada olduğu yerlər barədə də məlumat verməmək qərarına gəlib./Publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar