Xəbər lenti
Belarus Ukrayna ilə sərhədə ordu yerləşdirdi – Minsk müharibəyə girir?
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini, general-mayor Viktor Qulyeviç Ukraynanın sərhəddə 20 min nəfərə qədər silahlı qrup cəmləşdirdiyini və bunun üçün cavab verilməli olduğunu bildirib.Manevr.az xəbər verir ki, onun bəyanatı Belarus Müdafiə Nazirliyinin “Teleqram-kanal”ında verilib.
“Təhlükəsizliyi təmin etmək üçün cənub istiqamətində xüsusi əməliyyat qüvvələrinin bölmələrinin qüvvələri üç taktiki istiqamətdə yerləşdirilib”, - deyə V.Qulyeviç izah edib.
Bu gün səhər saatlarında Belarusun müdafiə naziri Viktor Xrenin qoşunların qəfil yoxlanışının ikinci mərhələsinin başlandığını elan edib.
Viktor Qulyeviçin sözlərinə görə, ikinci mərhələ çərçivəsində batalyon-taktiki qruplar qərb və şimal-qərb əməliyyat istiqamətlərinə irəli çəkilib. “Onları gücləndirmək üçün hava hücumundan müdafiə bölmələri, raket və artilleriya qoşunları yerləşdirilir ki, bu da onların döyüş fəaliyyətini təmin edəcək”, - deyə Qulyeviç bildirib./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































