Xəbər lenti
Rus ordusu 48 km geri atıldı: Ukrayna sərhədə çıxır?

Manevr.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb.
“Mayın 9-da Pentaqon rəsmisi bildirib ki, Rusiya ordusu şimalda yalnız üç batalyon taktiki qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, Xarkovu şimal və şərqdən at nalı şəklində mühasirəyə almaq səylərini davam etdirir. Ruslar Belqorod vilayətində 19 batalyon taktiki qrupu toplayıblar. Yəqin ki, onlar Ukrayna ordusunun Rusiya ilə sərhədə çatmasının qarşısını almaq üçün Xarkov istiqamətini gücləndirə bilərlər. Son bir həftə ərzində Ukrayna qüvvələri düşməni şərqdə təxminən 48 kilometr geri atıb. Söhbət Volçanski rayonunun Starıy Saltov kəndinin azad edilməsindən gedir. Rusiya mayın 9-da İzyumun cənub-şərqinə və ya cənub-qərbinə hücum etməyib, lakin yaxın günlərdə hücum əməliyyatlarını bərpa etmək üçün lazım olan qüvvələri cəmləşdirməyə çalışır. Eyni zamanda, Rusiya gizlətməkdə davam etdiyi döyüş itkilərinin kompensasiyası ilə bağlı ciddi problemlə üzləşib”, - məlumatda deyilir./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar