Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Fransanın keçmiş baş naziri 4 il müddətinə azadlıqdan məhrum edilib

Tarix: 09-05-2022 20:47     Baxış: 3246 A- / A+
Fransanın keçmiş baş naziri Fransua Fiyon 4 il müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az “report”-a istinadən xəbər verir ki, bu barədə BMF telekanalı Paris Apellyasiya Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Onun həyat yoldaşı Penelopa Fiyon məhkəmənin hökmü ilə 2 il şərti cəza alıb.

Fransa mərkəz sağçıların aparıcı siması olan F.Fiyonla bağlı qalmaqal 2017-ci il prezident seçkiləri kampaniyası zamanı yaranıb. Həftəlik “Kanar anşene” qəzeti keçmiş baş nazirin və prezidentliyə namizədin həyat yoldaşının 8 ildir heç bir iş görmədən deputat köməkçisi kimi maaş alması iddiasını irəli sürüb.

Bildirilib ki, Penelopa Fiyonu bu vəzifəyə siyasətçinin özü parlamentin aşağı palatasının deputatı olan zaman təyin edib.

F.Fiyon baş nazir təyin edildikdən sonra həyat yoldaşı onun xələfi Mark Julo tərəfindən yenidən həmin vəzifəyə təyin edilib. 2021-ci ilin iyununda Paris İslah Məhkəməsi Fiyonu bu işdə təqsirli bilib, ona beş il həbs cəzası verib (iki ili həbsxanada çəkməli idi). Ötən il noyabrın 15-də Paris Apellyasiya Məhkəməsi bu iş üzrə eks-baş nazir və onun həyat yoldaşının apellyasiya şikayətinə baxmağa başlayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar