Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məxfi sənədlər ÜZƏ ÇIXDI: İşğalın başladığı gün Putin 30 iş adamı ilə görüşüb - İnanılmaz "ofşor əməliyyatı "

Tarix: 09-05-2022 15:42     Baxış: 3292 A- / A+


Məxfi sənədlər ÜZƏ ÇIXDI: İşğalın başladığı gün Putin 30 iş adamı ilə görüşüb - İnanılmaz
Məxfi sənədlər rus oliqarxlarının öz sərvətlərini xaricdəki ofşor şirkətlərə necə ötürdüklərini üzə çıxarıb.
Manevr.az bildirir ki, məlumata görə, fevralın 24-də Rusiya Ukraynaya müharibə elan edən zaman Vladimir Putin ölkənin bir qrup zəngin iş adamını Kremlə dəvət edib. Qonaqların hər biri Rusiya iqtisadiyyatının sadiq tərəfdarı olub. Onlardan 14-ü milyarder kimi təsnif edilib. Qeyd olunub ki, şirkətləri ölkənin əsas sektorları olan neft, təbii qaz, bank və kimya sektorlarının lideri olan bu şəxslərin bəziləri 20 ildən artıqdır ki, Putinlə görüşür.

Lakin üzə çıxan məxfi sənədlərə görə, Putinlə əlaqələrinə baxmayaraq, onlardan bir çoxu illərdir sərvətlərini xaricə köçürüblər. "The Washington Post”un "Pandora sənədləri” adlı məxfi məlumatlara əsaslanan yazısına əsasən, 37 iştirakçının yarıdan çoxu yüz milyonlarla dolları idarə edən, maliyyə investisiyaları həyata keçirən, kreditlər verən ofşor şirkətləri ilə birbaşa və ya yaxından əlaqəli şəxslərdən ibarət olub.
 
ABŞ, Böyük Britaniya və Aİ-nin sanksiyaları Kreml görüşündə iştirak edən iki iş adamı istisna olmaqla, bütün iştirakçıları əhatə edib. Rusiya iqtisadiyyatına dair araşdırmaların böyük əksəriyyətinə görə, Rusiyanın ofşor şirkətlərində bir trilyon dollar var. Bəzi hesablamalara görə, rus oliqarxlarının sərvəti bütün rusların ümumi qazancına bərabərdir.

Putin illər boyu, o cümlədən Ukraynaya qarşı müharibənin başladığı gün rus oliqarxları ilə müntəzəm görüşüb. Fevralın 24-də keçirilən iclasda iştirak edənlərin bəziləri Sovet İttifaqının dağılması ilə başlayan dövlət əmlaklarının özəlləşdirilməsindən, bir qrup milyarderin yaranmasına səbəb olan sərvətin təlatümlü transferindən bəhrələnmiş şəxslərdən ibarət idi.
 
Rusiyada kapitalın qaçış dalğası 1990-cı illərdə, Rusiyada böyük sərvət toplayan bəzi insanların xaricin daha təhlükəsiz olduğu qənaətinə gəlməsindən sonra başlayıb. Rus milyarderlərinin sərvətlərini xaricə köçürməsi sonda siyasi məsələyə çevrilib. Putin 2014-cü ildə eyni mövzuda etdiyi çıxışında ofşor şirkətləri olan şəxsləri kapitallarını Rusiyaya qaytarmağa dəvət edib və "kapitallarının mənbələri və onu əldə etmə yolları haqqında” heç bir sual verilməyəcəyini vurğulayıb. Bir şəxsin Rusiyada əmlakını leqallaşdıracağı təqdirdə heç bir dövlət qurumu, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən müdaxilə olmayacağına dair hüquqi təminat verəcəyini vəd edən Rusiya prezidenti, "Bu şəxs vergi idarələri tərəfindən heç bir tədbirlə üzləşməyəcək”, - deyə bildirib. Lakin Kreml görüşündə hələ də xaricdə aktivləri olan iş adamlarının çoxluğu Putinin təşəbbüsünün uğursuzluğunu əks etdirib.

Qeyd edək ki, ofşor şirkətlərdən istifadə şəxsi sərvətləri tədqiqatçılardan, vergi orqanlarından, rəqib oliqarxlardan qoruya, həmçinin Qərb ölkələrinin Putinin müttəfiqlərini cəzalandırmaq üçün tətbiq etdiyi son iqtisadi sanksiyaların qarşısını ala bilər./Sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar