Rusiya yaxın vaxtlarda Ukraynanın işğal edilmiş Xerson vilayətində "xalq respublikası"nı elan etməyə qərar verəcək.
Manevr.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında bildirilib.
Hesabatda rusların Mariupolda da işğal tədbirlərini gücləndirdikləri deyilib.
Qeyd edilib ki, Rusiya qüvvələri həm Xerson, həm də Mariupolda təhlükəsizlik qüvvələrinin sayını artırır. O cümlədən Rusiyanın Maripoldakı yüksək rütbəli hərbçilərini qorumaq üçün ən güclü döyüş bölmələrini bura göndərir.
Yerli işğalçı rejimin bölgəni "Rusiyanın subyekti"nə çevirməyə çalışacağını və bunun "Krım ssenarisi"nə bənzədiyi, eləcə də, bu separatçı rejimin Rusiyanın Ukraynanın şərqindəki "marionetlər"i tərəfindən istifadə edilən ritorikanı təkrarladığı vurğulanıb.
"Çox güman ki, Kreml separatçı respublikalar yaradacaq və ya işğal rejimini gücləndirmək üçün Ukraynanın cənub və şərqində işğal olunmuş əraziləri birbaşa ilhaq edəcək və bu əraziləri əbədi olaraq Ukraynadan qoparmağa çalışacaq", - hesabatda qeyd edilib.
Ukrayna tərəfi də işğalçıların Xersonda "xalq respublikası"nı elan etmək üçün "referendum" keçirməyi planlaşdırdıqlarını açıqlayıb. Ukrayna Prezident Aparatından verilən açıqlamada bildirilib ki, sözügedən bölgənin azad edilməsi və tam işğaldan azad etmək üçün lazım olan qədər rus hərbçisi öldürüləcək.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar