Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa Putinə "qurşaqdan aşağı" zərbə hazırlayır

Tarix: 06-05-2022 22:16     Baxış: 3229 A- / A+
Avropa İttifaqı Rusiya prezidenti Putinin sevgilisi olduğu və 4 uşaq anası olduğu iddia edilən Alina Kabayeva və Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Sanksiya siyahısında Putinə böyük zərbə vuracağı düşünülən digər adlar da var.

Bloomberg-ə iki mənbə bildirib ki, Avropa İttifaqı (Aİ) Putinin sevgilisi olduğu iddia edilən keçmiş olimpiya gimnastı Alina Kabayevaya sanksiya tətbiq edəcək. Adı illərdir Rusiya lideri ilə hallanan, hətta Putindən 4 gizli övladı olduğunu iddia edən Alina Kabaeva müharibə başlayandan bəri ən çox müzakirə edilən adlardan biridir.

Bloomberg qeyd edir ki, Aİ sənəd layihəsində Kabayeva "prezident Vladimir Putinlə yaxından əlaqəli" kimi təsvir olunur.

Xatırladaq ki, altı il Putinin “Vahid Rusiya” Partiyasında deputat işləyən gənc qadın Rusiyada media nəhəngi olan Milli Media Qrupunun idarə heyətinin sədri olub. Media sahəsində təcrübəsi olmasa da, Rusiya hökuməti ilə yaxın münasibətdə olduğu bilinən şirkətdə 8 milyon funt-sterlinq maaş alan Kabayevanın Putinin sərvətinin xaricdə gizlədilməsində əli olduğu düşünülür. metbuat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar