Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şoyqu Ukrayna Baş Prokurorluğuna çağırıldı

Tarix: 06-05-2022 12:04     Baxış: 3239 A- / A+

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qəsddə şübhəli bilinir.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Medvedev 16, 17 və 18 may tarixlərində Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 2-ci bəndinə əsasən (Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığının pozulması) cinayət əməlində şübhəli şəxs qismində dindirilmək üçün Ukrayna Baş Prokurorluğuna çağırılıb.
Müdafiə naziri Şoyqu da şübhəli şəxs qismində həmin tarixlərdə dindirilməyə çağırılıb. O, eyni cinayət əməlini törətməkdə – bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq Ukrayna Konstitusiyası ilə müəyyən edilmiş qanunları pozmaqla Ukrayna ərazisinin və dövlət sərhədlərini dəyişdirmək məqsədi ilə qəsdən hərəkətlər etməyə çağırışlar etməkdə şübhəli bilinir.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotova da istintaqda ifadə vermələri üçün bildiriş göndərilib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar