Xəbər lenti
“Türkiyədən imtina edə bilmərik” – Geri çəkildilər

Bu barədə “Defence News” saytı məlumat yayıb.
Rusiya-Ukrayna müharibəsində Türkiyənin rolunun vurğulandığı xəbərdə bunun Vaşinqtonun Ankaraya baxışına ciddi təsir etdiyi bildirilib.
Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks deyib: “Türkiyə doğru istiqamətdə müəyyən addımlar atdı, amma hələ də üzərində işləməli olduğumuz məsələlər var. Bəzi məsələlər hələ də zaman-zaman bizi narahat edir”.
Senator Ceyms Rişin isə məsələyə münasibəti belə olub: “Bu məsələ ilə bağlı bir çox tərəflə danışmışam. Türklər nə üçün “F-16”ları almalı olduqlarına dair inandırıcı arqumentlər irəli sürüblər. Ancaq hələ son qərarı verməmişik”.
Senator Adam Smit ABŞ-ın Türkiyə ilə əlaqələrə ehtiyacının olduğunu söyləyib: “Bunu yenidən qurmağın yollarını tapmalıyıq. Türkiyə-Amerika əlaqələri imtina edə biləcəyimiz məsələ deyil”.
Co Bayden hökumətinin Türkiyəyə “F-16” satmaqda maraqlı olduğu bildirilib. Artıq hökumət satışın təsdiqi ilə bağlı Konqresə məktub da göndərib.
Ən son olaraq, ABŞ Dövlət katibi Entoni Blinken Konqresə Türkiyə və Hindistan kimi ölkələrə hərbi satış proseslərini daha sürətli və daha səmərəli etməsinin lazım olduğunu bildirib. teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar