Xəbər lenti
Putin Lavrova görə İsrail Baş nazirindən üzr istədi

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Manevr.az unikal-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.
“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib. Baş nazir yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,-deyə bildirilib.
Bundan əlavə, Naftali Bennet İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə təbrikə görə Vladimir Putinə təşəkkür edib.
Liderlər, həmçinin 9 May Qələbə günün hər iki ölkənin xalqları üçün xüsusi əhəmiyyətini qeyd ediblər.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar