Xəbər lenti
Rusiya Pravoslav Kilsəsinin rəhbərinə də sanksiya gözlənilir

Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Avropa İttifaqının sanksiyalarına məruz qala bilər.
Manevr.az xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbələrə istinadən yazır.Patriarx Aİ-nin Ukraynadakı müharibəni dəstəkləməkdə ittiham etdiyi yüzlərlə hərbçinin və Kremlə bağlı iş adamının artıq olduğu siyahıya salınıb. Sanksiyalar aktivlərin dondurulması və səyahət qadağası ilə nəticələnəcək.
Aİ diplomatları bu həftə Avropa Komissiyasının çərşənbə günü təklif etdiyi daha geniş paketin bir hissəsi olan sanksiyaları müzakirə etmək üçün görüşməlidirlər.
Çərşənbə günü Aİ nümayəndələrinin ilk görüşü nəticəsiz başa çatıb. Tədbir iştirakçıları əsasən bəzi ölkələrin neft qadağası və digər neftlə bağlı tədbirləri, məsələn, Rusiya neftinin daşınması üçün Aİ xidmətlərinə qadağa qoyulmasını tənqid etməsi ilə nəticələnib.
Günün əvvəlində Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kremlin "xidmətçisi" olmamağa çağırdıqdan sonra Papa Fransisk Patriarxın tənqidinə məruz qalıb. O, Vatikana bu cür ifadələrin kilsələr arasında dialoqa zərər verəcəyini söyləyib. Xatırladaq ki, Papa Fransisk Rusiya Pravoslav Kilsəsinin Patriarxını tənqid edərək demişdi ki, "Patriarx Kirill yarım saat ərzində kağızdan mətn oxumaqla müharibəyə haqq qazandırıb".
Mayın 3-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı sanksiyaların altıncı mərhələsini elan edib. Bu paketə Buçadakı vəhşiliklərə görə məsuliyyət daşıyan bir sıra Rusiya vətəndaşlarına, Rusiyanın müharibə təbliğatçılarına və dövlət banklarına məhdudiyyətlər daxil olacaq.
Fon der Leyen həmçinin Aİ ölkələrinə Rusiya neftindən mərhələli şəkildə imtina etməyi təklif edib./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar