Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“21 ukraynalını işgəncə verib öldürdüm” - Rusiyalı əsgərin anası ilə söhbəti

Tarix: 05-05-2022 10:12     Baxış: 4197 A- / A+
Bu, müharibədə vuruşan əsgərin anası ilə telefon danışığı deyil. Bu, günahsız insanların qanuna susamış vəhşinin, psixi pozuntulu insanın, manyakın etiraflarıdır.
Ukraynanın Təhlükəsizlik Xidməti rusiyalı hərbçi Konstantin Solovyov anasına ukraynalılara necə divan tutmasından danışdığının lent yazısını yayıb.
K.Solovyov müharibə başlayandan bəri 21 ukraynalını xüsusi amansızlıqla, dəhşətli işgəncələrlə öldürdüyünü deyir.
Həzzlə, təfərrüatlarla.
"Heç bilirsən "qızılgül" nədir? Əl və ayaq barmaqlarında dərini soyursan, qızılgülə bənzəyir. Sonra bir ukraynalını rezin dəyənələklərlə döydük. Ölənədək. Başqa birisinə boru saldıq, borunun içindən də bədəninə tikanlı məftil yeritdik. Sonra borunu çıxarırsan, tikanlı məftili tələsmədən geriyə dartırsan. Adamın içi dağılır. Maraqlı idi. Əsirləri gətirəndə işgəncələrdən əvvəl ayaqlarını vurub sındırırıq ki, qaça bilməsinlər", K.Solovyov anasına "hesabat" verir.
Ana Tatyana Solovyova da dinləyir, oğlunu dəstəkləyir, "ukraynalılar insan deyil, yaxşı edirsən" deyir.
Konstantin Solovyovun sözlərinə görə, xidmət etdiyi hərbi hissənin mənsubları - sıravilər və zabitlər - dinc ukraynalıları qarət edir, döyür, işgəncə verir, öldürürlər.
İşgəncələrdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da iştirak edirlər.
"Əvvəl elə bilirdim dəli olacağam. Amma sonra öyrəşdim. İndi həzz alıram. 21 nəfərə işgəncə verib öldürdüm. Əladır", - K.Solovyov deyib.
Daha sonra Konstantin evə dönəndə atası Dmitri Solovyova necə işgəncələr verərək öldürəcəyini anasına danışır.
Anası da gülür, ərinə veriləcək işgəncələri oğlu ilə müzakirə edir.
"Mən sənə həmişə demişəm ki, burada özümü güclə saxlayıram. Oraya düşsəydim mən də o murdarlara, "xaxol"lara ("xaxol" rusiyalı şovinistlərin ukraynalılara verdikləri təhqiramiz addır, - red.) divan tutardım. Həzz alardım! Ukraynalılar insan deyillər!", - Tatyana Solovyova söyləyib.
20 yaşlı Konstantin Dmitriyeviç Solovyov Rusiya Silahlı Qüvvələrinin 11-ci ordu korpusundakı 3-cü rotada, 3-cü vzvodda pulemyotçu kimi xidmət edir. Rusiya Federasiyasının Kaliniqrad vilayəti, Sovetsk şəhəri, Lesnaya küçəsi, ev 6A, mənzil 13 ünvanda daimi qeydiyyatdadır.
Tatyana Alekseyevna Solovyova (Qolovaşkina) isə 41 yaşlıdır, həmin ünvanda qeydiyyatdadır./Milli.Az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar