Xəbər lenti
Tarix təkrarlanır? - Dəmirçiyan və Paşinyanı hədəfə gətirən səbəb
Erməni aktrisa Tat-Hovakimyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müxalifətin parlamentin binasına hücuma cəhd edəcəyi barədə açıqlamasına istinad edərək, 23 il əvvəl baş vermiş terror aktını xatırladıb.
Aktrisa məlum terror aktları zamanı Ermənistan parlamentinin gülləbaran edildiyini bildirib.
“27 oktyabr 1999-cu il. Basqın zamanı parlamentin sədri Karen Dəmirçiyan, baş nazir Vazgen Sərkisyan və daha 6 dövlət xadimi öldürülüb. Təkrar biliyin anasıdır”, - Hovakimyan qeyd edib.
Aktrisa İrəvanda etiraz aksiyaları keçirən müxalifləri “ağzı qanlı adamyeyənlər” və “qatil” adlandırıb.
Bundan əvvəl Təhlükəsizlik Xidməti açıqlama verərək, müxalifətin Ermənistan parlamentinin binasına hücuma cəhd edəcəyini bildirib. Təhlükəsizlik Xidməti mitinqin təşkilatçıları və iştirakçılarına qəti şəkildə xəbərdarlıq edir ki, qanunsuz əməllərə yol verməkdən çəkinsinlər, əks halda baş verənlərə görə onların təşkilatçıları tam məsuliyyət daşıyacaqlar.
Ermənistan müxalifəti aprelin 25-dən İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarına başlayıb. Müxaliflər həm də baş naziri Türkiyə və Azərbaycanla sülh danışıqlarından imtina etməyə çağırırlar.
Qeyd edək ki, Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilmiş terror aktı nəticəsində baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçiyan daxil olmaqla 8 nəfər öldürülüb. Sərkisyan və Dəmirçiyanın islahatlara və Azərbaycanla razılaşmağa meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olub. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar