Xəbər lenti
Paşinyan müxalifətə meydan oxudu: “Azərbaycanın tələbləri..."
Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatı oxuyub.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Paşinyan müxalifətçi deputatın bəyanatda səsləndirdiyi ittihamlara cavab verib.
Ermənistan baş naziri deyib:
“İcazə verin, bəyanatınıza bənd-bənd istinad edim. Serj Sərkisyan danışıqlar prosesini iflasa uğratdı, o, 2018-ci il aprelin 17-də parlamentin tribunasında verdiyi açıqlamada etiraf edib ki, danışıqlar prosesi nikbinlik yaratmır, proses dayanıb, çünki Azərbaycanın tələbləri bizim üçün qəbuledilməzdir. Yəni Serj Sərkisyan bu tribunadan gələcək müharibənin anonsunu verdi.
2020-ci il sentyabrın 27-də mən Milli Məclisin tribunasından dedim ki, müharibəni indi dayandıra bilərəm, ancaq bir şərtlə ki, Dağlıq Qarabağın “Dağlıq Qarabağ Respublikası”na bənzər bir statusa malik olması şərti ilə, yəni Azərbaycanın tərkibində. Bunu Serj Sərkisyanın irəli sürdüyü məntiqlə birləşdirsək, məlum olacaq ki, müharibənin qarşısını almaq üçün Azərbaycanın qəbuledilməz tələblərini qəbul etmək lazım idi”.
Baş nazirə cavabında Rüstəmyan bildirib ki, Paşinyan danışıqlar prosesini bilmir.
Nikol Paşinyan ona belə cavab verib: “Mən indi çox vacib və açıq bir söz deyəcəyəm”.
Baş nazirin açıqlamasından sonra müxalifət nümayəndələri onu dinləmək istəmədiklərini qeyd edərək iclas zalını tərk ediblər.
Buna cavab olaraq Paşinyan bildirib: “Açıq danışacağam, deyən kimi qaçdılar. Eşitmək istəmirsiniz, deyin ki, eşitmək istəmirik, necə ki, həmişə qaçmısınız, yenə də qaçacaqsınız. Mən ifşa olunacaqlarını deyən kimi qaçdılar”.
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları müxalif həmkarlarını alqışlarla yola salıblar.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar