Xəbər lenti
“Azərbaycan ordusu çatmamış erməni general Şuşadan qaçdı” - Baqdasaryan
“Özlərini “müxalifət” elan edən siyasətçilər çox uğursuz, heç bir aydın əsası, konkret nəticəsi olmayan hakimiyyəti ələ keçirmə prosesinə başlayıblar. Bu, dinc mitinq deyil, bu, sadəcə, aydın gündəmi olmayan dövləti iflic vəziyyətinə salmaq cəhdidir”.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın Şirak vilayətinin qubernatoru Nazeli Baqdasaryan deyib.
Onun sözlərinə görə, erməni müxalifəti reallıqla heç bir əlaqəsi olmayan tezisləri irəli sürməyə çalışır.
“Bugünkü müxalifətin qəzəbini anlayıram, çünki üç onillik hakimiyyəti ərzində beynəlxalq arenada bağlı qapılar arxasında bir şey razılaşdırıb, xalqa başqa söz deyib. Onların apardıqları danışıqlar prosesində başqa razılaşmalar da təsbit edilib. İndiyədək müxalifətin görkəmli nümayəndələri, hətta birinci şəxslər səviyyəsində belə, paket-mərhələ variantını (Qarabağla bağlı – red.) ayırd edə bilməyiblər”, - Baqdasaryan söyləyib.
Onun fikrincə, müxalifətin növbəti uğursuz tezisi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlıdır.
“Bəli, biz deyirik ki, sülh prosesi başlamalıdır, alternativ yoxdur. Fikrimcə, sülhün əksi müharibədir. Bəs siz nə istəyirsiniz? “Azadlıq” meydanına toplaşan hər kəsə demək istəyirəm ki, noyabrın 9-dan (Azərbaycan qarşısında kapitulyasiya aktı imzalanmazdan əvvəl – red.) öncə harada idiniz?”, - Baqdasaryan bildirib.
Onun sözlərinə görə, bu aksiyaların təşkilatçısı, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan Azərbaycan ordusu Şuşaya çatmamış bu şəhərdən qaçıb. Baqdasaryan bunu Qarabağdakı separatçıların başçılarından eşitdiyini deyib:
“İndi raket səsi eşidən kimi sığınacaqlara qaçanlar real gündəmi olmayan emosional çıxışlarla xalqı toqquşmaya aparmaq istəyirlər”.
Baqdasaryan bildirib ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət müxalifətin üzərinə düşür:
“Mayın 1-ni “kulminasiya günü” hesab edən müxalifətin mitinqində həmin tarixdə cəmi 12500 nəfər iştirak edib. Sizcə, Ermənistanın çıxış yolunu və gələcəyini 12500 adam həll edə bilərmi? İyun seçkilərində aldıqları səs faizinə yaxın sayda belə küçələrə adam çıxara bilmirlər”.
Qeyd edək ki, general Artur Vanetsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi olub.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar