Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Britaniya Ukraynaya zirehli maşınlar verəcək

Tarix: 04-05-2022 09:19     Baxış: 5261 A- / A+



Böyük Britaniya Ukraynaya mühasirədə olan sakinlərin təxliyəsi üçün zirehli maşınlar verəcək.
Manevr.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.
Nazir Ukraynaya 13 zirehli maşının təhvil veriləcəyini açıqlayıb. Onlardan Ukraynanın şərqindəki mühasirədə olan şəhərlərdən insanların təxliyəsi üçün istifadə olunacaq.
Britaniyada qeyd edirlər ki, bu zirehli maşınlar yüksək sürətli güllələrə, piyada əleyhinə minalara və əldəqayırma partlayıcı qurğulara tab gətirə bilir.
Onlar, həmçinin vəzifəli şəxsləri müvəqqəti komanda məntəqələrinə daşımaq və işçilərə dəmiryol xətlərinin yenidən qurulmasına kömək etmək üçün istifadə olunacaq.
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Ali Radasında çıxışı zamanı deyib ki, ölkəsi Ukraynaya 400 milyon dollarlıq yeni yardım paketi ayırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar