Xəbər lenti
"Lavrov üzr istəməlidir” – İsraildən tələb
Rusiyanın İsraildəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və Sergey Lavrovun Hitlerin yəhudi mənşəyi ilə bağlı sözlərinə görə üzr istəməsi tələb olunub.Manevr.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb:
“Moskva ilə münasibətlərin sürətlə pisləşməsindən sonra İsrail Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq üzr istəməsini (antisemit bəyanatlarına görə – red.) tələb edib”.
Qeyd olunub ki, İsrail Baş naziri Naftali Bennet Lavrovun açıqlamasını “yəhudilərin özlərini onlara qarşı törədilmiş tarixin ən dəhşətli cinayətlərində ittiham etmək üçün hazırlanmış yalan” adlandırıb.
İsrail Xarici işlər naziri Yair Lapid də Lavrovu tənqid edərək, onu irqçiliyin ən aşağı səviyyəsində olmaqda ittiham edib.
“Ukraynalılar nasist deyillər. Yalnız nasistlər nasist olub və yalnız onlar yəhudilərin sistemli şəkildə məhv edilməsi ilə məşğul olublar”, - Lapid söyləyib.
Lavrov bundan əvvəl İtaliyanın “Mediaset” telekanalına müsahibəsində bildirmişdi ki, Ukrayna Prezidenti Vladimir Zelenski kimi, Hitlerin də yəhudi qanı olub və ən radikal antisemitlər bir qayda olaraq, yəhudilərin arasından çıxır./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























