Rusiya İsrail bir-birinə dəydi.
İsrail Lavrovdan yəhudi xalqından üzr istəməyi tələb etdi.
Rusiya xarixi işlər naziri Sergey Lavrovun yəhudilər və Hitler haqqında səsləndirdiyi fikirlər İsrailin qəzəbinə tuş gəlib və əməlli başlı qalmaqala səbəb olub.
Nəticədə İsrail xarici işlər naziri Yair Lapid Lavrovdan işlətdiyi ifadəyə görə üzr istəməyi tələb edib.
İsrail XİN başçısı Lapid Hitlerin yəhudi olmadığını və xolokost zamanı yəhudilər özləri özlərini qırmasını təkzib edib.
İsrailli nazir deyib ki, Rusiya ilə yaxşı münasibətlər mövcuddur, amma hər şeyin də bir sərhəddi var. “Bu dəfə həmin sərhəd keçildi. Ona görə də Rusiya hakimiyyəti bütün yəhudi xalqı qarşısında üzr istəməlidir”-Lapid bəyan edib.
Lavrovun bu açıqlamasından sonra Rusiyanın İsraildəki səfiri XİN-ə dəvət edilib və ona nota verilib.
Qalmaqala səbəb isə Sergey Lavrovun mayın 2-də İtalyan telekanalı “Mediaset”ə müsahibəsində Adolf Hitlerin yəhudi kökənli olmasını istisna etməyib.
Lavrov telekanala müsahibəsində Zelenskinin hərkətlərini tənqid edərək, onun yəhudi olduğunu dilə gətirib.ölkə.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar