Xəbər lenti
Səfir Zelenskinin Türkiyə haqda sözünü təkzib etdi

Səfirin bəyanatında deyilir:
“Ukrayna administrasiyasının bəyanatlarını bilərəkdən məzmununu dəyişməklə yazmaq səyləri Ukrayna-Türkiyə strateji tərəfdaşlığına kölgə sala bilməz. Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi dəstəyinə görə minnətdardır. Ukrayna Türkiyə Liderinin Rusiyanın bu ölkəyə təcavüzünə son qoyma çağırışlarını və davamlı sülhü təmin etmək səylərini yüksək qiymətləndirir.
Türkiyənin müharibə şəraitində olan Ukraynaya humanitar yardımı, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan yetimlərlə yanaşı, ölkəmizin digər vətəndaşlarını da qəbul etməsi son dərəcə dəyərlidir.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının başçılıq etdiyi nümayəndə heyətinin Kiyevə səfəri çərçivəsində aparılan uğurlu danışıqlar Ukrayna- Türkiyə dostluğuna örnəkdir”.
Qeyd edək ki, Zelenski yunan mediasına açıqlamasında Türkiyənin rus turistləri qəbul etməsinə qarşı çıxmışdı.
“Ankara bir tərəfdən vasitəçilik rolunu oynayır, Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən rus turistlərin gəlişinə hazırlaşır. Dost münasibətlərə sahib olmaq istəyiriksə, bu, qəbuledilən deyil. Bu, ikilistandartdır, Türkiyə seçim etməlidir”, - deyə o bildirmişdi. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar