Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

SSRİ-ni bərpa etmək Putinin ürəyində ən böyük ARZU KİMİ QALACAQ - Politoloq

Tarix: 02-05-2022 19:53     Baxış: 3218 A- / A+
Ukraynada istədiyi nəticəni əldə edə bilməyən işğalçı Rusiya özünə yeni hədəflər seçib. Belə ki, şimal qonşumuz Moldovaya hücum qərarı qəbul edib. Kreml artıq hücum üçün hətta dəqiq plan hazırlayıb. Ukrayna kəşfiyyatındakı mənbələrin məlumatına görə, əgər Rusiya o əraziləri nəzarətə götürsə, Ukrayna yüngül hədəfə çevriləcək. Mənbə bildirir ki, Moldovanın işğalı Ukraynanın qərb tərəfdən də işğalına yol açacaq.
Bəs görəsən, Rusiyanın Moldovaya hücumu nə dərəcədə realdır? Belə olan təqdirdə Avropa ölkələri məsələyə qarışacaqmı?
Manevr.az xəbərinə görə, mövzu ilə bağlı konkret.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Rusiyanın Moldovanı işğal edəcəyi real görünmür:
“Dnestryanı ərazilər onsuz da rusların nəzarətindədir. Orada Rusiyanın “sülhməramlı” qoşunları var. Kreml orada qondarma referendum keçirməklə həmin əraziləri özünə birləşdirmək haqqında qərar qəbul edə bilər. Moldovanın Rusiya ilə ümumi sərhədi yoxdur. İndiki halda Rusiya üçün Moldovada hərbi əməliyyatlar aparmaq daha çətin olar. Çünki Kreml rəhbəri Ukraynada istədiyi nəticəni əldə edə bilmir. Düşünürəm ki, Ukrayna kəşfiyyatının məlumatlarına bir o qədər də etibar etmək olmaz. Əgər ABŞ kəşfiyyatı bu haqda informasiya yaysaydı, onu ciddi qəbul etmək olardı. Sadəcə olaraq müasir dövrdə hibrid müharibə aparılır. İnformasiya müharibəsinin tərkib hissəsi kimi Ukrayna kəşfiyyatı ictimaiyyətə belə məlumatlar ötürür. Lakin Rusiyanın Moldovanı işğal edəcəyi real görünmür. Putin çalışır ki, Ukraynadakı müharibəni qısa vaxt ərzində yekunlaşdırsın”.

Politoloq bildirib ki, SSRİ-ni bərpa etmək Putinin ürəyində ən böyük arzu kimi qalacaq:
“Rusiyanın SSRİ-ni bərpa etmək iştahı var idi. Lakin müharibənin gedişatı onu göstərdi ki, rus ordusunun bunun üçün kifayət qədər gücü yoxdur. Putin qoşunlarının əsl gücünü gördükdən sonra imperiyanı bərpa etmək fikrindən daşındı. Mayın 9-da Donbasda qondarma referendumun keçiriləcəyinə dair müəyyən məlumatlar yayılıb. Yəqin ki, Putin bunu qələbə kimi elan edəcək. Çünki o, daxili auditoriyaya qələbənin rəmzi kimi nə isə təqdim etməlidir. Görünür SSRİ-ni bərpa etmək Putinin ürəyində ən böyük arzu kimi qalacaq. Ukraynadakı uğursuz hərbi əməliyyatları bunu deməyə əsas verir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar