Xəbər lenti
Zelenskini Hitlerə bənzədən Lavrova İsraildən SƏRT CAVAB
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Hitler yəhudi idi” və “ən böyük antisemitistlər yəhudilər idi” açıqlamalarından sonra İsrail Rusiyanın Təl-Əvivdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi Lavrovun sözlərini “fəlakətli” kimi dəyərləndirib.
İsrail XİN rəhbəri Yair Lapid “Yedioth Ahranoth”a verdiyi açıqlamada Lavrovun amıqlamalarını “bağışlanmayan, qalmaqallı bəyanat, dəhşətli tarixi səhv” kimi qiymətləndirib və Rusiyadan üzrxahlıq gözlədiklərini bildirib.
Xatırladaq ki, Sergey Lavrov Zelenskinin Hitlərə bənzədiyini, ondan yəhudi qanı olduğunu bildirib: “Deyirlər ki, Ukrayna Prezidenti Vladimir Zelenski yəhudidir. Əgər o, (Zelenski - red.) yəhudidirsə, onların hansı nasizmi ola bilər. Mən səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı var idi. Bu, tamamilə heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilərin içindən çıxır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar