Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiya məğlub olacaq, sülhməramlıların mandatı uzadılmayacaq" - Taras Kuzio

Tarix: 02-05-2022 12:29     Baxış: 3195 A- / A+

“Müharibə çətin ki, 5 və ya 10 il davam etsin”.
Manevr.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında ukraynalı analitik Taras Kuzio deyib.
O, müharibənin 5, yaxud 10, hətta daha uzun müddət çəkəcəyinə dair ehtimallara münasibət bildirib.
Eskpertin sözlərinə görə, Rusiya  uzunmüddətli mübarizəyə qadir deyil:
“Çünki onun iqtisadiyyatı və maliyyəsi kollektiv Qərb tərəfindən ciddi şəkildə zəiflədiləcək. Rusiyanın Qərblə mübarizə aparacaq güclü iqtisadiyyatı və resursları yoxdur. Həmçinin, Rusiya ordusuı tükəndiyi müddətcə hərbi texnikasını yeniləyə bilməyəcək. Sanksiyalara görə hərbi zavodlar Qərb komponentlərini almaq imkanında deyil”.
“2 aydan bir qədər çox davam edən müharibədə Rusiya 23 min canlı itki verib. Qərb indi Ukraynaya ağır, o cümlədən hücum xarakterli hərbi texnika göndərdiyindən itkilərin sayı artacaq.
Proqnozlarıma əsasən, Rusiya 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində məğlub olacaq. Bu, Azərbaycan və Avrasiyadakı digər xalqlar üçün də yaxşı nəticədir, çünki bu məğlubiyyət rus imperializmini məhv edəcək.
Bu həm də o deməkdir ki, Azərbaycan 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağdakı mandatını yeniləməmək üçün kifayət qədər güclü olacaq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar