Xəbər lenti
“Putinin yerinə bu şəxs keçəcək” – İngiltərədən şok iddia
Rusiya və Ukrayna arasında müharibənin davam etdiyi vaxtda İngiltərə mətbuatı diqqəti çəkən iddia ilə çıxış edib.
İngilis nəşrləri Kremldəki mənbəyə istinadən Rusiya lideri Vladimir Putinin xərçəng müalicəsi çərçivəsində əməliyyat olunacağını yazıblar.
Mənbənin adı təhlükəsizlik səbəbindən gizli saxlanılsa da, Putinin bu prosesdə kreslosunu təhvil verəcəyi də bildirilib.
İddiaya görə, Putin əməliyyatda olarkən kreslosunu 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasına rəhbərlik edən Nikolay Patruşevə verməyi düşünür.
Patruşev Kreml bürokratiyasının ən güclü fiqurlarından biri kimi tanınır.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya elitası Qərblə əlaqələri bərpa edə biləcək yeni lideri axtarışına başlayacaq, həmin şəxs Putini əvəz etməlidir. İngilis mətbuatı Patruşevin Putini əvəzləyəcəyi düşünülən 4 şəxsdən biri olduğunu yazıb.
Kreml mənbələri bildirib ki, Putin mayın 9-dan əvvəl əməliyyat olunmayacaq. Çünki Rusiya lideri mayın 9-na kimi Ukraynanın şərq bölgəsində zəfər qazanmaq və bunu Qələbə Günü kimi qeyd olunan 9 Mayda Rusiya xalqına elan etmək istəyir. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar