Xəbər lenti
Putin yaxın günlərdə RƏSMƏN ELAN EDƏCƏK - ŞOK İDDİA
Ukraynaya edilən hücumun uğursuzluğuna görə Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtda "xüsusi hərbi əməliyyat" əvəzinə açıq şəkildə "tammiqyaslı müharibə" ifadəsini işlədə bilər".
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.
İddia olunur ki, Kreml rəhbəri Rusiya Silahlı Qüvvələrinin rəhbərliyini belə bir addım atmağa sövq etməyə çalışır və o, cəbhədəki vəziyyətdən məyusdur.
Nəşrin mənbələri iddia edir ki, mayın 9-da keçiriləcək paradda Rusiya prezidenti Ukraynaya həlledici zərbə endirmək üçün bütün ehtiyatlarını səfərbər etdiyini rəsmən elan edəcək. Ümumi müharibə Moskvaya daha çox çağırışçı cəlb etməyə, hərbi vəziyyət tətbiq etməyə və Belarus kimi beynəlxalq müttəfiqlərindən dəstək almağa imkan verəcək.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi məlumat vermişdi ki, Rusiya qoşunları Ukraynanın şərqində eyni vaxtda bütün istiqamətlərdə hücumun intensivliyini artırırlar, ən böyük fəallığı Slobojanski və Donetskdə həyata keçiriblər.
Bununla yanaşı, Ukrayna hərbçiləri rusların yaxın vaxtlarda planlarına nail ola bilməyəcəyi təqdirdə Rusiyada genişmiqyaslı səfərbərliyin mümkünlüyünü də istisna etmirlər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar