Xəbər lenti
Xanımı Ərdoğan üçün ən çox hansı yeməyi bişirir? - Prezidentin menyusu
Manevr.az xəbər verir ki, “Yüzillik reseptlərlə türk mətbəxi” kitabından bəhs edən xanım Ərdoğan Türkiyənin zəngin mətbəx mədəniyyətinin olduğunu bildirib.
“Mətbəximiz böyük bir xəzinədir, böyük bir zənginlikdir. Ancaq bizim ləzziz yeməklərimizi dünyaya tam şəkildə tanıtmaq mümkün deyil. “Yüzillik reseptlərlə türk mətbəxi” bu fikirlərlə doğulub. Bu kitabda mətbəximizin önəmi və əsas personajları işıqlandırılıb”, - Türkiyənin birinci xanımı deyib.
Əmin Ərdoğan ailəsinin süfrə ənənələri və mədəniyyəti haqda isə bunları söyləyib:
“Mən Siirtdənəm. Amma İstanbulda doğulub böyümüşəm. Ona görə də İstanbul mətbəxinə daha çox hakiməm. Müxtəlif yerli mətbəxlərdən yeməklər bişiririk. Sevərək yediyimiz ləzzətlər arasında kitel, pərdə plovu, qovurmalı bulqur şorbası (sever basal) var. Süfrəmizdə zeytun yağlı yeməklər də tez-tez olur.
Tayyib bəy Qara dəniz bölgəsindən olduğu üçün bu kulinariya mədəniyyətini də mənimsəmişəm. Mümkün çeşidli ləzzətlərə açığam. Yemək kitablarında və ya qəzetlərdə gördüyüm reseptləri sınayırdım. Hətta heç vaxt unutmadığım lobya tortu reseptim var. Bu tortu yeyən inana bilmir ki, içində un yoxdur”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar