Xəbər lenti
Rusiya televiziyasında qalmaqal: Nüvə hücumunun xəritəsi yayımlandı - ŞƏKİL
Rusiya ilə Ukrayna arasında müharibə 66 gündür davam edərkən, Rusiya dövlət televiziyasında şərhçilər və ekspertlər Moskvanın nüvə silahından istifadə ehtimalını müzakirə ediblər.
Manevr.az xəbər verir ki, Rusiyanın "Rossiya 1” dövlət televiziyasında yayımlanan canlı müzakirə proqramında iştirak edən ekspertlər və moskvayönlü analitiklər xəritədə Rusiyanın Avropaya nüvə raketləri göndərə biləcəyi şəhərləri göstəriblər.
"60 dəqiqə" televiziya proqramında Rusiyadan atılacaq nüvə raketlərinin bir neçə saniyə ərzində Avropanın paytaxtlarına çata biləcəyi bildirilib. Proqramda çıxış edən sağçı siyasətçi Aleksey Juravlyov "Sarmat raketi göndərsək, Britaniya adaları deyə bir şey olmayacaq” deyib.
Verilişin qonağı olan başqa bir siyasətçi Avropanın da nüvə silahı ilə cavab verə biləcəyini söyləyərək, "Müharibə bu nöqtəyə gəlsə, heç kim sağ qalmaz” deyib. Bu açıqlamadan sonra Juravlyov "Biz hər şeyi sıfırdan başlayırıq. Bizi dövlət terroru törətməkdə ittiham edirlər”, - deyə o bildirib.
Televiziyada yayımlanan xəritədə raketlərin Rusiyanın Kalininqrad bölgəsindən göndəriləcəyi təqdirdə raketlərin Berlinə 106, Parisə 200, Londona isə 202 saniyəyə çata biləcəyi bildirilib.
Bir müddət əvvəl Putin ölkəsində inkişaf etdirilən hipersəs raketlərinin bütün müasir müdafiə sistemlərini məğlub edə biləcəyini deyərək, payıza doğru Böyük Britaniyanı vura biləcəklərini bildirmişdi./sfera.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar