Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiya qoşunları Krımdan da çıxarılmalıdır" - Britaniya hökuməti

Tarix: 30-04-2022 14:16     Baxış: 3208 A- / A+
"Rusiya qoşunları Krımdan da çıxarılmalıdır" - Britaniya hökuməti

Britaniyanın xarici işlər naziri Liz Truss hesab edir ki, Rusiya qoşunları işğal etdikləri Ukraynanın bütün ərazilərindən, o cümlədən Krımdan çıxarılmalıdır. Ukraynanın qələbəsi bütün Qərb üçün strateji imperativdir.

Manevr.az BBC-yə istinadla xəbər verir ki, bu barədə nazir London şəhərinin merinin iqamətgahında çıxışı zamanı deyib. Onun fikrincə, Qərb bu cür təcavüzün təkrarlanması ehtimalının qarşısını almaq üçün əlindən gələni etməlidir. Bu zaman isə, qarşıda duran əsas vəzifələr var. Bura müdafiə xərclərini artırmaq, Rusiyanı Qərb bazarlarından sıxışdırıb çıxarmaq üçün bütün mövcud iqtisadi yollardan istifadə etmək, təkcə Ukraynanın deyil, Moldova və Gürcüstan kimi Rusiyanın hərbi təcavüzü ilə təhdid oluna biləcək digər ölkələrin də müdafiə qabiliyyətinin artırılmasına kömək etmək daxildir.
Britaniya xarici işlər naziri Liz Truss 
Məlumata görə, Trussun çıxışı zamanı Britaniyanın bu müharibədəki məqsədlərini açıq şəkildə ifadə edib. Ancaq əvvəllər Londonun mövqeyi qeyri-müəyyən idi. Ortada belə bir fikir vardı: “Putinin işğalı uğursuz olmalı və bu uğursuzluğu hamı görməlidir”.
Trussun sözlərinə görə, İsveç və ya Finlandiya NATO-ya üzv olmaq qərarına gəlsələr, onları ən qısa zamanda qəbul etmək lazımdır. Nazir Ukraynadakı müharibəni ümumi müharibə adlandırıb. Və qeyd edib ki, Qərb ölkələri Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün silah istehsalını artırmalı və Ukraynaya ikiqat dəstək verməlidir.
"Putin uğur qazanarsa, bütün Avropa üçün inanılmaz fəsadlarla nəticələnə bilər. Və bütün dünya bundan öz nəsibini alacaq. Biz bir daha heç vaxt özümüzü təhlükəsiz hiss etməyəcəyik",- deyə nazir vurğulayıb.
Xatırladaq ki, Liz Truss daha əvvəl qeyd etmişdi ki, Böyük Britaniya və digər Qərb ölkələri Kiyevi Rusiya təcavüzünə qarşı mübarizə üçün ağır silahlar və hərbi təyyarələrlə təmin etməlidir: “Qərb sakitləşə bilməz, çünki Ukraynanın taleyi hələ də sual altındadır”./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar