Xəbər lenti
ABŞ ordusu ən böyük helikopteri aldı
ABŞ ordusu “Sikorsky CH-53K King Stallion” ağır nəqliyyat helikopterinin istismarına başlayıb. ABŞ Dəniz Piyadaları Korpusu (MCC) ABŞ arsenalında ən böyük təkrotorlu helikopter olan “CH-53K”nı əldə edib. Bu barədə “The Drive” məlumat yayıb.
Dəniz Piyadaları Korpusunun aviasiya üzrə komendant müavini, general-leytenant Markz bildirib ki, “CH-53K King Stallion” 461-ci Ağır Helikopter Eskadronu tərəfindən qəbul edilib. “CH-53K” ilkin istismar hazırlıq dərəcəsindədir. Bu helikopter “CH-53E Super Stallion”u əvəz etmək üçün nəzərdə tutulub. “CH-53K”nın ilk uçuşu 2015-ci ildə baş tutub. Helikopter üç “General Electric GE38-1B” mühərriki olan bir enerji mənbəyi ilə təchiz olunub. “King Stallion” 12 min kiloqramdan çox çəkisi olan yükləri daşıya bilir. “CH-53K”nın maksimal uçuş məsafəsi 865 kilometrdir.Aprel ayında “Sikorsky” şirkətindən qabaqcıl “Raider X” hücum helikopterinin 85 faiz hazır olduğu bildirilmişdi.
Həmin ayın əvvəlində ABŞ təkmilləşdirilmiş “UH-60V Black Hawk” helikopterini sertifikatlaşdırdı.
Mart ayında Amerikanın “UH-60” təyyarəsi ilk dəfə tam pilotsuz rejimdə uçdu. Helikopter “Sikorsky MATRIX” sistemi ilə təchiz olunub. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar