Xəbər lenti
Rusiyaya ağır zərbə: İki qonşusu NATO-ya üzv olur – Gürcüstana isə…
“Finlandiya və İsveç NATO-ya üzvlük üçün müraciət etsələr, bu müraciətləri müsbət qarşılanacaq və onların üzvlük prosesləri qısa müddətdə tamamlana bilər”.
Manevr.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Bu iki ölkənin üzvlük prosesinin nə qədər davam edəcəyi ilə bağlı sualı cavablandıran Stoltenberq bildirib:
“NATO-ya üzvlük üçün müraciət etmək Finlandiya və İsveçin verəcəyi qərardır. Üzvlük üçün müraciət etmək qərarına gəlsələr, Finlandiya və İsveç NATO-da çox isti qarşılanacaqlar. Finlandiya və İsveç bizim ən yaxın tərəfdaşlarımızdır, güclü və yetkin demokratiyalardır, Avropa Birliyi üzvləridir və bu iki ölkə ilə uzun illərdir işləyirik. Bu ölkələrin silahlı qüvvələrinin NATO standartlarına cavab verdiyini. Birgə təlimlər keçiririk. Bir çox missiyalarda birlikdə çalışmışıq. Əgər müraciət etsələr, xoş qarşılanacaqlar. Prosesin sürətli olacağını gözləyirəm. Rəsmi proses başa çatdıqdan sonra üzv ola bilərlər”.
Stoltenberq qeyd edib ki, əgər NATO bu iki ölkəni üzvlüyə dəvət edərsə, bu, Finlandiya və İsveçin təhlükəsizliyinin bütün alyans üzvləri üçün vacib olduğuna dair güclü siyasi mesaj olacaq.
O, Finlandiya və İsveçin öz yollarını seçmək hüququnun olduğunu vurğulayıb: “Rusiyanın İsveç və Finlandiyanı üzvlüklə bağlı təhdid etməsi və qorxutması, hər ölkənin öz yolunu seçmək hüququna hörmət etmədiyini göstərir”.
Rusiyanın Ukraynaya hücumunun Gürcüstan və Moldova kimi NATO və AB üzvü olmayan ölkələrin təhlükəsizliyi üçün alyansın dəstəyinə ehtiyaclarının olduğunu deyən Stoltenberq bunun praktiki və siyasi dəstəyi ehtiva etdiyini və Şərqi Avropadakı yaxın tərəfdaşlarla nə edə biləcəkləri mövzusunda çalışdıqlarını bildirib.
Stoltenberq həmçinin qeyd edib ki, NATO üzvlərinin Ukraynaya verdiyi və öhdəsinə götürdüyü hərbi dəstəyin məbləği 8 milyard dollara çatıb./teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar