Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

KQB yeni namizədini seçdi: Putini o, əvəzləyəcək?

Tarix: 28-04-2022 18:45     Baxış: 3191 A- / A+

KQB yeni namizədini seçdi: Putini o, əvəzləyəcək?


"İki aydan artıqdır davam edən Rusiyanın Ukrayna müharibəsi yenidən dünya mediasının diqqətini Vladimir Putindən sonra Rusiya prezidentinin kim olacağı sualına yönəldib. Nəzərə alsaq ki, Rusiya Federasiyası özünü həm çarlıq Rusiyasının, həm də SSRİ-nin varisi hesab edir, o zaman burada dövlət başçısının xalq tərəfindən deyil, Rusiya dərin dövləti və ya KQB tərəfindən müəyyənləşməsinin mümkünlüyü üzərindən fikir yürütmək daha doğru olar”.
Manevr.az xəbər verir ki,bu sözləri sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Vladimir Putindən sonra Rusiya prezidentinin kim olacağı haqda danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya siyasi tarixinə nəzər salsaq, asanlıqla görə bilərik ki, ən kritik vaxtlarda, KQB dövləti qoruma instiktini işə salır və hakimiyyət başında olan şəxsi vəzifəsindən alır, onun yerinə isə özünün uyğun bildiyi şəxsi hakimiyyətə gətirir:

"Bu prosesi bundan öncə də gördük. SSRİ-nin dağılması ilə hakimiyyətə gəlmiş Boris Yelçsinin həm I Çeçenistan müharibəsini uduzması, həm də ölkə daxilndə hakimiyyəti toparlaya bilməməsi səbəbindən 1999-cu ilin 31 Dekabrında hakimiyyətini itirdi. Onu bu postda gənc yaşlarında SSRİ KQB-sinin ADR-dəki nümayəliyində və SSRİ-nin dağılmasından sonra isə Peterburqda dövlət vəzifəsində çalışmış Vladimir Putin əvəz etdi. Onun hakimiyyətə gəlişi isə Rusiyanın yenidən dirçəlməsi dövrü kimi yadda qaldı.
 
Vladimir Putin 22 illik hakimiyyəti dövründə ölkə daxilində və ölkə xaricindəki özünün siyasi rəqiblərinə qarşı amansız mübarizə apardı. Bu mübarizə nəticəsində bəziləri öldürüldü, bəziləri zəhərləndi, bəziləri isə ya türməyə atıldı ya da ölkədən qaçmalı oldu. Onu da qeyd etmək lazımdır ki, Putinin atdığı bu addımlara Rus Dərin Dövləti və ya başqa adla desək, KQB səssiz qalmış, bu haqda mümkün qədər informasiyanın yayılmamasına çalışmışdır. Amma 2008-ci ildə Gürcüstanın işğalı, 2014-cü ildə Ukraynanın işğalının I mərhələsində Qərbdən Rusiyaya qarşı artmağa başlayan təzyiqlər nəticəsində Rusiya iqtisadiyyatı getdikcə geriləməyə və zəifləməyə başladı. 24 fevral 2022-ci ildə Putinin əmri ilə Rusiyanın Ukraynanın işğalının II mərhələsinə başlaması və 2 aydan artıqdır davam edən uğursuz işğalçılıq müharibəsi həm daxildə, həm də xaricdə Rusiyada hakimiyyət dəyişikliyinin olacağı gündəmə gəlməyə başladı və Putini əvəz edəcək şəxslərin adı hallanmağa başladı”.
 
S. Hümbətovun sözlərinə görə, bu şəxslər arasında hazırda Rusiya siyasi və hərbi elitasında təmsil edilən şəxslərin adları daha çox yer alır:
"Bu şəxslər arasında eks-prezident və eks-baş nazir Dimitri Medvedyev, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya prezident adminstrasiyasının rəhbəri Sergey Narışkin, Müdafiə Naziri Sergey Şoyqu və Baş Nazir Mixail Mişustinin də adı var.

Əlbəttə ki, yuxarıda adı qeyd edilməyən şəxslər də var ki, Rus Dərin Dövləti tərəfindən Putini əvəzləyəcək şəxslər sırasında ola bilərlər. Amma burada adı qeyd edilənləri təhlil etsək, belə mənzərəni görmək olar.

Sergey Şoyqu Rusiyanın Ukraynaya başlatdığı işğalçılıq müharibəsinə qədər Putinin varisi olaraq göstərilirdi. Amma müharibənin uğursuzluğu Sergey Şoyqunun varislik iddialarını arxa plana keçirdi.

Hazırkı Baş nazir Mixail Mişustin isə o dərəcə populyar deyil və onun Rusiya siyasi elitası içində ciddi çəkisi görünmür.

Dimitri Medvedyev isə artıq Rusiyanın həm baş naziri, həm də prezidenti olmuş şəxsdir. 2020-ci ildə onun istefa verməsinin arxasında duran səbəblər kimi daha çox Putinlə aralarında olan soyuqluğu göstərirdilər.

Hazırkı prezident adminstrasiyasının rəhbəri Sergey Narışkin də Mişustin kimi yüksək vəzifə tutsa da, Rusiya siyasi elitası içində və Rus Dərin Dövləti ilə ciddi əlaqələr qurmaq imkanına malik deyil. Demək olar ki, Putinin kölgəsində qalıb.

Nəhayət, hazırkı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə həm Rus siyasi elitası, həm də Rus Dərin Dövləti içində ciddi nüfuza malikdir. Hətta bir müddət öncə Ukrayna müharibəsindəki uğursuzluqlara görə onun da Putinin qəzəbinə tuş gəldiyi və qısa müddətdə vəzifədən gedəcəyi barədə məlumatlar yayılsa da, vəzifədə qalması və nüfuzunun daha da artması Putini əvəzləyəcək şəxsin o olub-olmayacağı suallarını yaradır. Nəzərə alsaq ki, Nikolay Patruşev həm də KQB ilə sıx əlaqədədir, o zaman məsələni daha yaxşı dərk etmək olar. Əlbəttə ki, Rus Dərin Dövləti üçün indiki məqamda ən etibarlı şəxs ona yaxın olan adamların hakimiyyətə gəlməsidir.

Onu da qeyd etmək lazımdır ki, son günlər Putini əvəzləyəcək şəxslərin siyahısına yeniləri də əlavə edilməkdədir. Onların arasında daha çox adıçəkilən Xmelnitski vilayətindən olan Valentina Matviyenkodur. Analitiklərin fikrincə, Matviyenkonun da hakimiyyətə gəlmək ehtimalı var. Amma burada Rusiya siyasi tarixinə nəzər salsaq, diqqəti çəkən əsas məqamları görə bilərik. Bunlar isə daha çox Rus Dərin dövlətinin istəyi üzərində qurulan məsələlərdir”.Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar