Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

51 yaşlı qadın illərdir evdən çıxmır - Qəribə səbəb

Tarix: 28-04-2022 06:09     Baxış: 3234 A- / A+
İngiltərə sakini olan qadın yadplanetlilər tərəfindən oğurlanacağından qorxduğu üçün evdən çıxmağa cəsarət etmir.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, 51 yaşlı Saşa Kristi ilk dəfə UNO-nu (Uçan Naməlum Obyekt) uşaq vaxtı gördüyünü, lakin ən parlaq və aydın halda bu uçan obyektlə 1997-ci ildə rastlaşdığını deyir. Onun sözlərinə görə, ailəsi ilə birlikdə səyahət edərkən anidən böyük kosmik gəmi və onun yanından qaçıb keçən yadplanetli fiquru görüb.

"Oğlum mənə dedi ki, onun ayağına nəsə toxundu, ancaq mən kosmik gəminin parlaq alovlarına baxırdım və nə baş verdiyini anlamağa çalışırdım", - deyə qadın yaşadıqlarını xatırlayıb.

Bundan əlavə, o iddia edir ki, ona nəyinsə toxunduğunu şəxsən hiss edib və onu çox dəhşətli bir qorxu hissi bürüyüb. Bu zaman hətta uşaqlarını da unudaraq qaçmağa başlayıb.

"Panika içində, tam bir isterik korluq içində, haraya getdiyimi görmədən evə doğru qaçırdım", - deyə o əlavə edib.

Bu hadisədən sonra Kristi çox qorxub və bu səbəbdən də onda evdən çıxma fobiyası yaranıb. O qorxur ki, əgər evdən çıxarsa, ilk uyğun fürsətdə yadplanetlilər onu oğurlayacaqlar.

"Bu məndə narahatlıq yaradır və hər dəfə evdən çıxmaq məcburiyyətində qalanda əsəb hissləri keçirirəm", - deyə o etiraf edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar