Xəbər lenti
Simonyanın əri Qazaxıstanı təhdid etdi – “Ukraynaya diqqətlə baxın...”
Kremlin əsas təbliğatçılarından olan Marqarita Simonyanın əri Tiqran Keosayan öz verilişində Qazaxıstanı təhdid edib.
Manevr.az "azpolitika.info"ya istinadən xəbər verir ki, “erməni əsilli rus vətənpərvəri” Keosayan Qazaxıstanın Rusiya ilə bağlı siyasətini tənqid edib və onu Ukraynanın vəziyyətinə salmaqla hədələyib: “Ukraynaya diqqətlə baxın, ciddi düşünün. Düşünürəm ki, bizim səlahiyyətli şəxslərin də (Qazaxıstanla-red.) əlaqələrin səviyyəsini yenidən qiymətləndirməsi lazımdır”.
Simonyanın əri Rusiyanın ətrafındakı ölkələrin tərəf seçməli olduğunu deyib və birmənalı olaraq Rusiyanı dəstəkləməyənlərin düşmən elan edilməli olduğunu bildirib. Kremlin təbliğat maşının vintciklərindən biri olan Keosayan Moskvanın Qazaxıstan hakimiyyətini xilas etdiyini, əvəzində isə bu ölkədə 9 may “Qələbə paradı”nın təxirə salındığını və bunun onda hiddət doğurduğunu qeyd edib.
Xatırladaq ki, Qazaxıstan 2020 və 2021-ci illərdə pandemiya səbəbindən 9 May paradını keçirməkdən imtina etmişdi. İki həftə əvvəl isə Qazaxıstan hökuməti bu il də parad keçirməyəcəyini bəyan edib və bu qərarı ilə Rusiyadakı imperiya sevdalılarını hiddətləndirib.Qazaxıstanlı sosial şəbəkə istifadəçiləri təxribatçı ifadələrinə görə Keosayanı “topa tutublar”. Simonyanı da ərinin “gözünə qatan” qazaxlar bu təhdidlərin rəsmi orqanlar tərəfindən cavablandırılmasını tələb ediblər.
Qazaxıstan Xarici İşlər Nazirıyinin sözçüsü Aybek Smadiyarov Keosayanın Qazaxıstana girişinə qadağa qoyulacağını və onun adının “arzuolunmaz şəxslər” siyahısına salınacağını bildirib. Həmçinin, qeyd edib ki, Keosayanın fikirləri “Qazaxıstanla Rusiya arasındakı münasibətlər atmosferini zəhərləməyə” xidmət edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar