Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan şok hədə - “Lazım olsa, o ölkəyə də girə bilərik”

Tarix: 26-04-2022 18:30     Baxış: 3195 A- / A+
Moldovanın işğal edilmiş Dnestryanı bölgəsində baş verən partlayışla bağlı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkodan açıqlama gəlib.
Manevr.az xəbər verir ki, bölgədə baş verənlərin terror, təxribat və ya xuliqanlıq olduğunu söyləmək üçün araşdırmaların nəticəsini gözləməyə çağıran Rudenko Dnestryanıdakı vəziyyətə müdaxilə tələb edən ssenari istəmədiyini deyib.
“Aparılan araşdırmalar nəticəsində bunun arxasında qonşu bölgələrdə zorakılığı qızışdırmaq istəyən qüvvələrin dayandığının üzə çıxmasını heç istəmirik. Ümid edirik ki, araşdırma bütün lazımi parametrlər üzrə aparılacaq və cavabdeh şəxslər cəzalandırılacaq”, - rusiyalı diplomat bildirib.
Kremlin sözçüsü Dmitri Peskov da Rusiyanın Dnestryanı bölgədə narahatlıq yaradan durumu diqqətlə izlədiyini söyləyib.
Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin komandanının müavini Rüstəm Minnekayevin bu yaxınlarda Dnestryanı ilə bağlı sözləri dərin narahatlıq doğurub: “Ukraynanın cənubuna nəzarət və rusdilli əhaliyə təzyiq reallıqları Dnestryanıya çıxış yolunu təmin edəcək”.
Dnestryanı Ukrayna-Moldova sərhədində, Moldovanın tərkibində qondarma respublikadır. Demək olar ki, bütün sakinlərinin Rusiya pasportu var.
İddiaya görə, Rusiya ordusu Ukraynanın Odessa bölgəsini işğal edərək, Moldovanın bu separatçı regionuna çıxışı təmin etməyi hədəfləyir./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar