Xəbər lenti
Saakaşvili ölüm ayağında: Vəziyyəti o qədər ağırdır ki...
Bu barədə Gürcüstan Ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze məlumat yayıb.
“Vaxt azdır, vəziyyəti o qədər ağırdır ki, onun təcili hansısa xarici klinikada müalicəyə ehtiyacı var... Dedik ki, proses getdikcə xəstəni hələlik əlilliyə, daha sonra ola bilsin ki, ölümə aparacaq. İndi biz o nöqtədəyik. Hazırda yaşadığı nevroloji proseslərə əsasən onun vəziyyətini geri qaytarmağın mümkün olub-olmadığını bilmirəm... Doğrudanmı ölən prezidenti göstərməliyik ki, əhali onun vəziyyətinə inansın?” - deyə Otar Toidze jurnalistlərə bildirib.
Bundan əvvəl Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti müxalifətin Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə bağlı yaydığı məlumatı təkzib etmişdi. Xidmətin məlumatına görə, “siyasətçi gecə-gündüz intensiv həkim nəzarətindədir və bütün tibbi xidmətlərlə təmin edilir”.
Ötən həftə Saakaşvili onun işi üzrə məhkəmə iclasında özünü zəif hiss etdiyini, yemək yeyə bilmədiyini və son bir neçə gündə 12 kiloqram arıqladığını bildirib. Məhkəmə iclasının başlamasından 5 dəqiqə sonra Saakaşvili çıxışını yarımçıq kəsərək həkimdən kömək istəyib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar