Xəbər lenti
Rusiyadan nüvə hədəsi: "Şeytan 2" üçün gözlənilən AÇIQLAMA GƏLDİ
Moskva Qərblə gərginliyi pik həddə çatdıracaq addım atdı. Nüvə döyüş başlıqları daşıya bilən “Satan 2” raketini payızda Krasnoyarsk vilayətində yerləşdirəcək.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Roskosmos” kosmik agentliyinin rəhbəri Dmitri Roqozin açıqlama verib.
Digər tərəfdən Britaniya mətbuatı raketlərin payızda bölgəyə yerləşdiriləcəyini açıqlayıb.
Eyni xəbərdə, Rusiya ordusunun “Şeytan 2” (Satan-2) olaraq xarakterizə etdiyi “RS-28 Sarmat” raketinin İngiltərə ölçüsündə bir ərazini bir anda xəritədən silmək gücündə olduğu bildirilib.
Bildirilir ki, “Satan 2” İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclüdür.
Raketin ən azı 10 nüvə başlığına sahib ola biləcəyi də məlumatlar arasındadır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən qorunan “Satan 2” raketləri Rusiyanın paytaxtı Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir. Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə sahibdir.
Putin “Sarmat” qitələrarası ballistik sisteminin tamamlanmaq üzrə olduğunu təsdiqləyib və TASS xəbər agentliyinə ,“Sarmat üzərində iş fəal şəkildə gedir və hazırda son mərhələdədir” – deyə bildirib.
Həmçinin Rusiya bu yaxınlarda adi və ya nüvə başlığı daşıya bilən hipersəsli “Zirkon” raketinin yeni görüntülərini paylaşıb./konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar