Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə anti-Rusiya sanksiyalarına qoşulur?

Tarix: 24-04-2022 11:48     Baxış: 4179 A- / A+


Ankaranın rus təyyarəsi yasağına reaksiyalar: “Suriyaya Xəzərdən uçacağıq…”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankaranın Suriyaya gedən Rusiya hərbi və mülki təyyarələri üçün səmalarını bağlaması qərarını elan etməsindən sonra bu mövzuda ciddi müzakirələr başlayıb. Çavuşoğlu bildirib ki, bu qərar Türkiyənin Qərbin anti-Rusiya sanksiyalarına qoşulması demək deyil. Onun sözlərinə görə, əvvəllər belə uçuşlar üçün icazələr üç aydan bir verilirdi və hər dəfə yenilənirdi. Xarici işlər naziri onu da əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə uçuş icazəsinin apreldə başa çatdığı haqda məlumatlandırıb. Məlumdur ki, Türkiyə Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Ölkələrarası üçuşlarda da heç bir yasaq yoxdur. Əksinə, Türkiyə yay mövsümü ilə bağlı Rusiya ilə təyyarə uçuşlarının sayını artırmağa qərar verib. O səbəbdən Türkiyənin hava səmasını Suriyaya üçün Rusiya təyyarələri üçün bağlaması suallar doğurub.

Türkiyəyə qarşı həmişə qərəzli mövqeyi ilə seçilən politoloq, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin problemləri üzrə ekspert Semyon Baqdasarov Ankaranın qərarını “mk.ru” saytına “izah edib”. Onun sözlərinə görə, “görünür, amerikalılar türklərə nəsə söz veriblər və Türkiyə öz maraqları çərçivəsində hərəkət edir”: “Biz Türkiyənin NATO üzvü olduğunu heç vaxt unutmamalıyıq. Bundan əlavə, Türkiyə Rusiyadan daha çox ABŞ iqtisadiyyatından asılıdır. Amerikalılar bunu manipulyasiya etməkdə çox bacarıqlıdırlar. Bundan əlavə, Türkiyə hakimiyyətinin qərarının Suriyanın şimalında hərbi əməliyyatların başlanması ehtimalı ilə bağlı olduğunu istisna etmirəm. Bizim üçün uçuş qadağası Xmeymim və Tartusdakı bazalarımıza təcili hərbi yüklərin çatdırılmasında çətinlik yaranacağı demək olacaq. Yəni indi hava yolu ilə ora nəyisə aparmaq bizim üçün çox çətin olacaq. Allaha şükürlər olsun ki, boğazları hələ bağlamayıblar. Amma hansısa yolla onları bağlamağa çalışsalar, təəccüblənmərəm. Bu, bir NATO ölkəsindən gözlənilən idi”. Baqdasarov deyib ki, 2015-ci ilin oktyabrında Rusiya Suriyada əməliyyata başlayanda da Ankara eyni addımı atıb.

Hərbi ekspert, istefada olan polkovnik Viktor Baranets isə hesab edir ki, fövqəladə heç nə baş verməyib və Rusiya təyyarələri Suriyaya getmək üçün başqa yol tapacaq: “Biz Türkiyədən uçmayacağıq, İrandan keçəcəyik. Xəzərdən keçəcəyik…” O, əlavə edib ki, türklər Ukraynaya “Bayraktar”ları deyil, döyüş sursatı verərsə, Rusiya adekvat cavab tədbirləri görə bilər. Məsələn, “Türkiyənin rəqiblərinə(PKK və digər terror təşkilatlarını nəzərdə tutur-red) “bir-iki vaqon” mərmi vermək olardı ki, bu da Ərdoğanı düşündürərdi.
Onun sözlərinə görə, Rusiyanın Türkiyəyə təzyiq göstərmək üçün müəyyən rıçaqları var: “Türklər yaxşı bilirlər ki, rusiyalı turistlər ölkə büdcəsinin 18 faizini təşkil edir. Və əgər ruslara başqa yerdə dincəlmək əmri verilsə, o zaman Türkiyə çox düşünəcək”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar