Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya sanksiyaların təsirini gizlətmək üçün buna əl atdı

Tarix: 24-04-2022 11:23     Baxış: 3179 A- / A+

Kreml Rusiya Federasiyasının sanksiyalara görə üzləşdiyi problemləri ört-basdır etmək üçün əsas iqtisadi göstəricilər haqqında məlumatları gizlətməyə başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, son günlər Rusiya hakimiyyəti dövlət borcu, ticarət statistikası və neft hasilatı ilə bağlı məlumatların dərcini dayandırıb.
Mərkəzi Bank kreditorların xarici ölkələrlə məlumat paylaşmasının qarşısını almaq üçün qanun layihəsi üzərində işləyərkən, yerli bankların müntəzəm dərc etməli olduğu maliyyə məlumatlarının həcmi məhdudlaşdırılıb. Yerli kreditorlardan 31 dekabr 2021-ci il tarixindən 1 oktyabr 2022-ci il tarixinədək olan dövr üçün müəyyən maliyyə hesabatlarını dərc etmələri tələb olunmayacaq. Hökumət hələ də inflyasiya, ümumi daxili məhsul və bir sıra digər məlumatlar kimi əsas göstəriciləri dərc edir. Amma nəşrlərin həcmi daralıb.
Hesab edilir ki, məhdudiyyətlər Vaşinqton və Brüsselin sanksiyalarının Rusiya iqtisadiyyatına necə təsir etdiyini görməyə imkan vermir, həmçinin yeni hədəflər tapmağı və sanksiyaların gələcək mərhələlərini dəqiqləşdirməyi çətinləşdirir.
Ötən həftə Rusiya Energetika Nazirliyinin neft hasilatı və ixracı ilə bağlı aylıq məlumatları açıqlayan bölməsi "Rusiya bazarına və onun iştirakçılarına əlavə təzyiq kimi istifadə oluna biləcək məlumatların yayılmasını" məhdudlaşdırdığını bildirmişdi./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar