Xəbər lenti
ABŞ 20 ölkə ilə birgə Ukraynaya hərbi yardımı müzakirə edəcək
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Görüş Almaniyada, ABŞ Hərbi Hava Qüvvələrinin Ramştayn bazasında baş tutacaq, onu ABŞ-ın müdafiə naziri Lloyd Ostin keçirəcək.
Pentaqonun sözçüsü brifinqdə bildirib ki, 40 ölkəyə dəvət göndərilib və onlardan 20-si iştirakını təsdiqləyib. Kirbi qeyd edib ki, görüşdə həmçinin Ukraynanın hərbi sferasının modernləşdirilməsi də müzakirə olunacaq. Onun sözlərinə görə, təhlükəsizlik təminatları müzakirə edilməyəcək.
Bildirilib ki, tədbir NATO-ya üzv ölkələrin qatılması ilə məhdudlaşmadığından Alyansdankənar dövlətlərin də iştirakı istisna edilmir.
Almaniyanın “Bild” nəşrinin yazdığına görə, müzakirələr üç mövzu ətrafında aparılacaq: Ukraynada döyüş meydanlarındakı mövcud vəziyyət; Rusiyanın hərbi hücumlarını dəf etmək üçün Ukraynaya lazım olan silah təchizatı; Rusiya qoşunlarının ölkədən çıxarılması halında müharibədən sonrakı nizam.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























