Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

SENSASİYA: Zelenski "öldürüləcək" - Kadırov Putinə söz verdi

Tarix: 21-04-2022 17:34     Baxış: 3164 A- / A+

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə Ukrayna lideri Vladimir Zelenskini məhv edəcəyinə söz verib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov NV radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kadırov bu vədi hələ fevralda Putin Ukraynanın işğalını planlaşdırarkən verib: “Bizim ali rəhbərliyin məhv planı fevralın 3-də Vladimir Putinin qəbulunda olan Kadırova təqdim edilib. Bu görüşdə prezidentimizin qətli planı razılaşdırılıb və Kadırov bunu məhz onun hərbi qrupunun edəcəyini öhdəsinə götürüb. Ukrayna kəşfiyyatı “bu prosesləri izləyib. Fevralın 26-da ölkəmizin ərazisinə daxil olan 3 qrup var idi. Fevralın 24-də yox, çünki iki gün gözlədilər ki, paytaxtın mərkəzi məhəlləsinə yaşıl dəhliz verilsin. Biz bu üç qrupun hamısını izlədik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edilib. Bundan sonra qalan ikisi geri çəkildi. Həmin qruplardan biri hazırda Donetsk vilayətinin ərazisində, digəri isə Mariupol şəhərinin ərazisində yerləşib, lakin onlar ön sıralarda deyillər, tamamilə təhlükəsiz məkanda - üçüncü və ya dördüncü eşelondadırlar”.
Qeyd edək ki, Böyük Britaniya mətbuatının yazdığına görə, Kreml Kiyevə 400-dən çox “Vaqner” muzdlusu göndərib, onlara Ukrayna Prezidenti Vladimir Zelenskini öldürmək və hakimiyyətin Rusiya tərəfindən ələ keçirilməsinə yol açmaq əmri verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar