Xəbər lenti
Şoyqu Putinə Mariupolun alınmasıyla bağlı yalan deyib - “Azov”dan xəbərə reaksiya

Unian xəbər verir ki, bu haqda şəhərin müdafiəçilərinin xəbərə reaksiyasında deyilir.
Putinlə Şoyqunun söhbətinin videosunu Rusiyanın təbliğat kanalları yayıb.
Xüsusilə, Şoyqu Putinə Mariupolun "azad edildiyini”, lakin Ukrayna əsgərlərinin "Azovstal” zavodunun ərazisində qaldığını bildirib. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin rəhbəri rus diktatorunu əmin edib ki, zavodun ərazisində 2000 "Ukraynalı döyüşçü və xarici muzdlular təhlükəsiz şəkildə blokaadadırlar”. Guya ki, rus işğalçılarının onları məhv etməsinə üç-dörd gün lazımdır, - Unianın xəbərində deyilir.Putin Şoyquya "Azovstal”a hücumu ləğv etməyi əmr edib, çünki bu, "ağılsızlıqdır”.
Mariupolu müdafiə edən Azov alayının əsgərləri Mariupolun "ələ keçirilməsi” və onların "Azovstal”da bloklanması ilə bağlı bəyanata işğalçıların texnikasının məhv edilməsi ilə bağlı məlumatla reaksiya veriblər.
"Hədsiz çətin vəziyyətə baxmayaraq, "Azov” alayı son iki gündə 3 tank, 2 piyada döyüş maşını və zirehli transportyoru məhv edib”, - məlumatda deyilir.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar