Xəbər lenti
Moskvadan Moldovaya TƏHDİD - Cavabımız ağır olacaq

O, bunu xəyanət adlandırıb və Kişinyovu “qarşıdurma ritorikasından” əl çəkməyə çağırıb.
“Bir daha Kişinyovu Rusiya-Moldova əməkdaşlığına ziyan vuran qarşıdurma ritorikasından əl çəkməyə çağırırıq. Yoxsa cavab verərik. Bu cavab ağrılı olacaq. Bu, bizim seçimimiz deyil. Biz belə ritorikanı dəstəkləmirik, lakin bu günlərdə Kişinyovdan eşitdiyimiz bəyanatları cavabsız qoymayacağıq”, - deyə Zaxarova bugünkü brifinqdə bildirib.
Moldova parlamenti Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq ölkədə Rusiya imperiyasının simvolu olan "Georgi lenti"nin qadağan edilməsinə səs verib. Qanun Moldova prezidenti Maya Sandu tərəfindən təsdiqlənib.
Yeni qanuna əsasən, bu lenti hazırlayan, taxan və ya nümayiş etdirən hər kəs ən azı 900 ley (49 dollar) cərimə olunacaq və ya 69 saat ictimai işlərə cəlb ediləcək.
Sözügedən lent 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün savaşan rus əsgərlərinə verilirdi. 3 qara, 2 narıncı xətdən ibarət olan lent hazırda Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar