Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynada müharibə barədə qərarı kimlər verib? - Gizli "dördlük"

Tarix: 20-04-2022 18:23     Baxış: 3200 A- / A+
 
Ukraynada müharibə barədə qərarı kimlər verib? - GizliUkraynanın işğalı barədə qərarı Rusiya prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də daxil olmaqla, dar bir çevrə verib.
Manevr.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bunu agentliyə 2 məlumatlı mənbə bildirib.
Onlar işğaldan əvvəlki həftələrdə Putinin təmas dairəsinin daha da daraldığını, lakin onun Şoyqu, Gerasimov və Patruşevlə sıx əlaqədə olduğunu söyləyiblər.
Artan sayda yüksək vəzifəli Kreml rəsmiləri əmin olurlar ki, müharibənin davam etməsi Rusiyanın uzunmüddətli təcridinə gətirib çıxaracaq və bu, onun iqtisadiyyatına ziyan vuracaq, ölkənin təhlükəsizliyinə təhlükə yaradacaq və qlobal təsirini zəiflədəcək.
Mənbələrdən biri "Bloomberg"ə deyib:
"Həmin rəsmilər Ukraynanın işğalını ölkəni illəri geridə qoyacaq fəlakətli səhv hesab edirlər".
Eyni zamanda, rəsmilər Putinin siyasi kursu dəyişəcəyinə inanmırlar. Onlar deyirlər ki, dövlət başçısı kiçik müşavirlər dairəsində təcrid olunub və o, Ukraynada davam edən təcavüzün nəticələri barədə xəbərdar etmək cəhdini rədd edir.
Mənbələrin sözlərinə görə, yüksək vəzifəli məmurlar prezidentə sanksiyaların iqtisadi təsirinin dağıdıcı olacağını başa salmağa çalışıblar, çünki onlar Putinin hakimiyyətinin hər iki nailiyyətini: 20 illik iqtisadi artımı və yüksək həyat səviyyəsini ləğv edəcək. Lakin Putin buna cavab olaraq Qərbin ona müharibə etməkdən başqa çarə qoymadığını bildirib.
Rusiya Federasiyasının prezidenti aprelin 19-da keçirdiyi müşavirədə əmin olduğunu bildirib ki, ölkə iqtisadiyyatı artıq sanksiyalara uyğunlaşır və Qərbin “iqtisadi blitskriqi” iflasa uğrayıb.
“Hesablama ölkəmizdəki maliyyə-iqtisadi vəziyyəti tez bir zamanda sarsıtmaq, bazarlarda çaxnaşma, bank sisteminin çöküşü, mağazalarda geniş miqyaslı mal qıtlığı yaratmaq idi”, - deyə Putin vurğulayıb.
"Bloomberg" həmsöhbətlərinin fikrincə, Putin rusların onu dəstəklədiyinə əmindir və prezidentin onu gördüyü kimi milli əzəmət naminə illərlə çətinliklərə hazırdır.
Bəzi agentlik mənbələri ABŞ kəşfiyyatının öz tarixi missiyası hesab etdiyi işdə uğursuzluqla üzləşən Putinin nüvə silahına əl atacağı ilə bağlı qorxularını bölüşür.
"Bütövlükdə, Rusiya elitaları arasında müharibəyə dəstək hələ də yüksəkdir", - deyə mənbə "Bloomberg"ə bildirib. Bir çox məmurlar açıq və özəl olaraq Kremlin mövqeyini bölüşürlər ki, Qərblə açıq münaqişə qaçılmazdır. Onlar hesab edirlər ki, Rusiya genişmiqyaslı sanksiyalara uyğunlaşır.
Bir neçə iri iş adamı ehtiyatla müharibəyə qarşı çıxıb, hakimiyyəti tənqid etməkdənsə, ümumi sözlərə üstünlük verib. Onların bir çoxu repressiyaların güclənməsindən qorxur və buna görə də Kremllə əlaqələri kəsməkdən ehtiyatlanır.
Bunu etməyə yalnız bir yüksək vəzifəli məmur qərar verib - Anatoli Çubays.
Martın sonunda o, Rusiya Federasiyası Prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edərək ölkəni tərk edib. Bundan sonra məlum olub ki, Rusiya Federasiyasının Baş Prokurorluğuna Çubaysın rəhbərlik etdiyi dövrdə "Rosnano" dövlət şirkətinin işini maliyyə pozuntularına görə yoxlamaq xahişi ilə müraciət daxil olub.
Yüksək rütbəli Rusiya məmurları Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi sürətindən və miqyasından şoka düşüblər. Onlar gözləmirdilər ki, Mərkəzi Bankın ehtiyatlarının yarısı bloklanacaq, xarici şirkətlər onilliklər ərzində sərmayə qoyduqları Rusiya bazarından demək olar ki, bir gecədə imtina edəcəklər./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar