Xəbər lenti
Karantin rejimini pozdu: 51 min dollar cərimələndi
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, onun ailəsi 1,5 milyon Tayvan dolları (51,5 min dollar) ödəməli olacaq.
Koronavirusa yoluxan yeniyetmə 10 günlük ev karantin rejimini pozub. Həftə sonu o, dostları ilə basketbol oynamağa və həmçinin COVID-19-da yoluxmuş sevgilisinə hədiyyə almağa gedib.
Əvvəlcə gənc evdən çıxdığını inkar etməyə çalışıb. Bununla belə, polis və həkimlər sübut kimi onun sosial şəbəkələrdə yayımlanan "macəraları"nın fotolarını göstəriblər. Bu qeydlərin skrinşotları Internet istifadəçilərindən biri tərəfindən səlahiyyətli orqanlara göndərilib.
Məlum olub ki, gənc COVID-19 xəstələrinin yerinin izlənilməsi proqramını aldatmaq üçün qəsdən telefonunu evdə qoyub. O, şəkil çəkmək üçün başqa smartfondan istifadə edib.
Hazırkı cərimə pandemiyanın başlanğıcından bəri adada rekorda çevrilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































