Xəbər lenti
Azərbaycanlı və türk hərbçilər FETÖ-çü jurnalistin hədəfində: Onları necə tələyə salıb? - ŞƏKİL
Almaniyada yaşayan amerikalı jurnalist Lindsey Tayler Snellin sosial media vasitəsilə aralarında hərbçilərin də olduğu çox sayda Türkiyə vətəndaşını tələyə salaraq, Türkiyənin hərbi gücü və əməliyyatları ilə bağlı məlumat əldə etməyə çalışdığı müəyyən edilib.
DHA xəbər verir ki, Snellin "Facebook", "Twitter" və "Instagram" kimi sosial media proqramları vasitəsilə hərbçilərlə əlaqə saxlayaraq, onlardan xüsusilə Liviya, Suriya və Azərbaycandakı türk əsgərləri və hərbi əməliyyatlar ilə bağlı məlumatlar almaq istəyib.
AZƏRBAYCANLI ƏSGƏRLƏR HƏDƏFDƏ
Amerikalı jurnalistin İkinci Qarabağ müharibəsi zamanı da Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərdiyi, Ermənistanla əməkdaşlıq edərək Türkiyə əleyhinə nəşrlər hazırladığı müəyyən edilib.
2016-cı İLDƏ TÜRKİYƏDƏN DEPORTASİYA
Onun haqqında daha bir məlumat ortaya çıxıb. Belə ki, jurnalist 2016-cı ilin avqustunda Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla girmək istəyərkən saxlanılıb.
O, 2016-cı ilin avqust-oktyabr aylarında "hərbi qadağan olunmuş zonanı pozmaq və casusluq" ittihamı ilə saxlanıldıqdan sonra Türkiyədən deportasiya edilib.
”G-87” məhdudiyyət kodu ilə Türkiyəyə girişi qadağan edilən ABŞ vətəndaşı Lindsey Tayler Snellin sosial mediada PKK/YPG və FETÖ ilə əlaqədə olduğu, eyni zamanda FETÖ ilə əlaqəli "The Investigative Journal" saytı ilə əməkdaşlıq etdiyi bildirilir.(qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar